Sunday, August 17, 2025

Zbiqnev Bjezinskinin ”Strateji Baxış” kitabının əhəmiyyətli və tənqidi cəhətləri

Bu kitab Amerikanın dünya hegemonluğunun sonu, gələcək ssenarilər və ABŞ-a tövsiyyələri özündə birləşdirir. Rusiya,Avropa İttifaqı və Çinlə əməkdaşlığın və tərəfdaşlığın genişləndirilməsi məsələsi qabardılır. İndiki halda bu fikirlər özünü doğrultmur. Rusiyanın Avropa İttifaqına qoşulması məsələsi gündəmə gətirilir. Əgər Rusiya siyasi, iqtisadi və hüquqi islahatlara getməsə, bu mümkün deyil. Hal-hazırda bu tendensiya müşahidə olunmur. Türkiyənin Aİ üzvlüyü ilə bağlı tezisləri reallığa uyğun hesab edirəm. ABŞ və Çinin Cənub-Şərqi Asiyada bir-birinə güzəştə gedərək tərəfdaş olması hal hazırkı situasiyada mümkün deyil. Yaxın 10 illikdə də mümkün hesab etmirəm. Koreyanın bu yolla birləşdirilməsi də yaxın dövrdə mümkün deyil. Çinin strateji vəzifələrini müəllif düzgün qeyd edir. ”Bir Kəmər Bir Yol” layihəsi hələ kitab yazılan dövrdə irəli sürülməmişdi. ABŞ-ın Çin qarşısında Hindistanı dəstəkləməsi ”demokratiya” arqumentinə əsaslandırılır. Ancaq Hindistan xarici siyasətində demokratik istiqamətə üstünlük vermir. Ukrayna müharibəsində Rusiyaya münasibətdə neytral münasibət buna əyani sübutdur. Müəllif Çinin qlobal idarəçiliyə hazır olmadığını qeyd edir. Şərqin oyanışı məsələsi də vurğulanır. Ərəb baharı əsas nümunə kimi adı çəkilir. Ukrayna müharibəsinə qədərki dövrdə Almaniya və İtaliyanın Rusiya ilə münasibətləri, Böyük Britaniya və Baltikyanı ölkələrin ABŞ-a arxalanması özünü doğruldur. Razılaşmadığım fikir isə Ukraynanın Qərb təsisatlarına üzvlük iddiasının Rusiyanın da üzvlüyünə yol açacağı fikridir. Bu fikir praktikada doğrulanmır. Hal- hazırda Ukraynadakı müharibənin əsas səbəblərindən biri Ukraynanın qərbmeyilli siyasətidir. Son sözdə ABŞ-ın ”Şərqin sülhməramlısı” rolunda olması tövsiyə olunur. İsrailin ərəb ölkələri ilə münasibətlərinin normallaşmasında ABŞ mühüm rol oynayır. Əfqanıstandan çəkilmə ABŞ-ın müdaxiləçi hərəkətlərdən çəkindiyini göstərir.

Zbiqnev Bjezinskinin ”Strateji Baxış” kitabının əhəmiyyətli və tənqidi cəhətləri

Bu kitab Amerikanın dünya hegemonluğunun sonu, gələcək ssenarilər və ABŞ-a tövsiyyələri özündə birləşdirir. Rusiya,Avropa İttifaqı və Çinlə ...